Təsisçinin sözü
“Əgər bizlərdən hər biri bu Yer kürəsində heç olmazsa bir ürəyə kömıik edə bilərsə - biz təvazökarlıqla ümid edə bilərik ki, dünya bir azacıq yaxşı olmuşdur” A.A.Reinhardt
Mən həyatımın ən başlıca işini köməyə son dərəcə ehtiyacı olanlara yardım göstərmək zərurətini hesab edirəm. Ən az təminatlı kateqoriya, məlum olduğu kimi, qocalar və uşaqlardır. 2007-ci ildə xeyriyyə fondunu yaradarkən cəmiyyətin məhz bu iki sosial müdafiəsiz kateqoriyasını xilas etmək və həyat keyfiyyətlərini yaxşılaşdırmağa istiqamətlənmişdir, çünki razılaşın ki, hər bir körpə xoşbəxt və sağlam gələcəyə layiqdir, ixtiyar yaşlı hər bir şəxs isə layiqli qocalığı haqq etmişdir!
Mən əminəm ki, dünyanı yaxşılığa doğru dəyişməklə xeyir işləri görmək – asandır! Başlıcası, bütün işlərdə də olduğu kimi – sadəcə başlamaq və birinci addımı atmaqdır.
Bizlər çox tez-tez öz imkanlarımızı tam qiymətləndirmirik. Bəzən bizim göstərə bilcəyimiz imkan daxilindəki köməklik, bizim həyatımızın adət etdiyimiz gündəlik miqyaslarında bizə olduqca cüzi gəlir, lakin kimin üçün isə məhz bu məbləğ qiymətsiz ola bilər! Səylərimizi birləşdirməklə biz təkca nağıl səhifələrində deyil, bu gün və elə indi möcüzələr yaratmağa qadir olan demək olar ki, nəhəng nağıl gücünə çevrilə bilərik!
Mən səmimi qəlbdən sevinirəm və fəxr edirəm ki, bizim fondumuzun mövcud olduğu müddət ərzində biz biz çox ehtiyacı olanları xoşbəxt edə və onlara parlaq gələcək əldə edə bilmək imkanı bəxş edə bilmişik. Və bu son hədd deyil! Qarşıda bizi böyük həcmdə işlər və ondan az olmayan möhtəşəm planlar gözləyir!
Mən öz komandama, bizim həmfikirlərimizə və bütün laqeyd olmayan insanlara, bizim fondumuzun inkişafına özünün gündəlik töhfəsini verənlərə minnətdaram.
Alexandra Azima Reinhardt